27 C
Baku
Saturday, July 27, 2024

Müddətsiz əmək müqaviləsi ilə bağlı şərtlərin yumşaldılması istənilir

Ombudsman müddətsiz əmək müqaviləsi ilə bağlı şərtlərin yumşaldılmasını istəyir.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Təklif edilib ki müddətli əmək müqaviləsi fasiləsiz olaraq 3 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilsin.

Hazırda qanunvericilikdə bu müddət 5 ildir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər