Azərbaycan bank sektorunda müddətli əmanət yerləşdirən unikal müştərilərin (FİN üzrə) sayı artmaqda davam edir.
Banker.az bu barədə Mərkəzi Bankın statistik bülleteninə istinadən xəbər verir.
2023-cü ilin sonuna bu göstərici 106 723 nəfər təşkil etdiyi halda, 2025-ci ilin may ayının sonuna bu rəqəm 165 061 nəfərə yüksəlib. Beləliklə, bir il yarım ərzində unikal müddətli əmanətçilərin sayı 55% artım göstərib.
Qeyd edək ki, burada unikal əmanətçi dedikdə banka müddətli pul yerləşdirən fiziki şəxslər nəzərdə tutulur.
2024-cü ilin ilk yarısında bu göstərici 130 min nəfərə çatmış, ilin sonunda isə 150 min nəfəri keçmişdi. 2025-ci ilin ilk beş ayı ərzində də artım davam edib. Yanvar ayında 154 181 nəfər olan əmanətçi sayı, mayda 165 min nəfəri ötüb. Bu, ilin əvvəlindən bəri 7%-ə yaxın artım deməkdir.
Qeyd edək ki, banklarda fiziki şəxslərin ümumilikdə 14.734 mlrd. manat əmanətlərinin 9.198 mlrd. manatı müddətli, qalan 5.536 mlrd. manatı isə tələbli depozitlər olub.