13 C
Baku
Monday, November 3, 2025

Müddətli əmanətçilərin sayı illik 45 minə yaxın artıb – rekord

Azərbaycanda banklarda müddətli əmanət hesabı olan unikal fiziki şəxslərin sayı 2025-ci ilin 1 okyabrna 181 157 nəfər olub və bu ölkə tarixində maksimal göstəricidir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının bülletenində qeyd edilir

İlin əvvəlindən bu göstərici 26 976 nəfər və ya 17,5% artaraq yanvardakı 154 181 nəfərdən yüksəlib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə müddətli əmanətçilərin sayı 44 579 nəfər və ya 32,6% çoxalıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ilin əvvəlində bu əmanətçilərin 77 faizi əmanət məbləği 30 minədək olan əmanətçiləri olduğunu demişdi.

Son bir ildə banklarda əhalinin müddətli əmanətlərinin həcmi 1 mlrd. 477 milyon manat və ya 18 faiz artaraq 9 mlrd. 720 mln. manatı keçib.3423432

Son xəbərlər
Digər xəbərlər