25 C
Baku
Sunday, July 21, 2024

Müdir “zarafatları” hansı təhlükələr daşıyır?

Amerikalı alimlər öz çinli kolleqaları ilə birlikdə nəyə görə rəhbər şəxslərin öz tabeliyində olan şəxslərin yanında zarafatlara yol verməməli olduqlarını izah etmişlər. Bu haqda məlumat Group & Organization Management elmi jurnalında nəşr edilmiş məqaləyə əsasən verilmişdir. 

Alimlər həyata keçirdikləri araşdırma gedişində 54 şirkətdə sorğu keçirmişlər. Sorğuda 70 müdir və 241 əməkdaş iştirak edirdi və onlar üçün xüsusi anket tərtib edilmişdi. Tədqiqatçılar belə nəticəyə gəlirlər ki, əgər kollektivdə əməkdaşlar və rəhbərlik arasında qarşılıqlı pis münasibətlər mövcuddursa və müxtəlif mübahisələr hökm sürürsə, bu halda rəhbərliyin istənilən zarafat cəhdləri işçilər tərəfindən mənfi şəkildə qarşılanır və vəziyyəti daha da pisləşdirməyə xidmət edir. Bu nəticələr çox populyar olan “müdirlərin zarafatı işdən əldə edilən mənəvi məmnunluğu artırı” fikrini təkzib edir.

Araşdırmanın aparıcı müəllifi Christopher Robert bildirmişdir ki, rəhbərlər kollektivdə tabe şəxslərlə yaxşı münasibətlər yaratmaq üçün zarafatlardan istifadə etməməlidirlər. Bu məqsədlə digər üsullardan istifadə etmək olar. Məsələn, daha dəqiq təlimatlar, ədalətli qərarlar, yerinə yetirilmiş işlə bağlı aydın və faydalı şərhlər. Yalnız bundan sonra, münasibətlər qaydasına düşdükdən sonra yumor köməyə gələ bilər.

Son xəbərlər
Digər xəbərlər