Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılacaq.
Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas vəzifələri olacaq:
- dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
- Əmək Məcəlləsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək.
Ezamiyyət işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi hesab ediləcək.







