Müdirinizlə münasibətiniz heç də yaxşı deyil? Siz tək deyilsiniz. Araşdırmalara görə 75% əməkdaşların müdiri ilə olan qarşılıqlı münasibəti ən xoşagəlməz vəziyyətdədir və daim stress yaradır. Bəs bu vəziyyətdə nə etmək lazımdır?
Biznesə aid 65-dən çox uğurlu kitabın müəllifi Piter Ekonomi müdirlə münasibətləri yola qoya biləcək qaydaları təqdim edir:
Özünüz də pis olmayın:
Bütün günü deyinərək əməkdaşlarınıza necə pis müdiriniz olduğunuzdan şikayət etmək lazım deyil. Bunun əvəzinə bütün diqqətinizi işinizə ayırın. Əgər kiminləsə müzakirə etməyə ehtiyacınız varsa HR direktorunuz ilə söhbət edin. Stressin sizə, kolleqalarınıza və ailənizə necə təsir etdiyinə fikir verin. Sizə doğrunu deyə biləcək insanlar tapın. Pis davranış yoluxucudur.
Susmayın:
Ətrafdakı insanlar da müdir barədə sizinlə eyni fikirdəsinizsə daha dərinlərə gedin. Müdiri daha yaxşı tanımağa çalışın. Ona həqiqəti deyin. Əgər hamı narazıdırsa o bunu hiss eləməlidir. Ola bilsin, hətta o sizdən kömək gözləyir.
Müdirə kömək etməyə çalışın:
Bu təbiətin qanunudur: pis müdirlər stress vəziyyətində daha da pis insana çevrilirlər. Onun “əzab”larını yüngülləşdirəcək şeylər edin. Söz verdiyiniz vədləri yerinə yetirin.
Müdirdən asılılıq səviyyənizi endirin:
Müdir sizə motivasiya vermək, sizi inkişaf etdirmək və sizə istiqamət verməyə məcbur deyil. Bu sizin işinizdir. Əlbəttə, yaxşı liderlər əməkdaşlarına irəliləməkdə kömək edirlər, lakin unutmayın ki, bəzən burada əsas olan özünüzsünüz.
Özünüzü ələ almağı bacarın:
Özünüzə sakitləşməkdə kömək edin – idmanla məşğul olun, motivasiya edin, dua edin, qısası sizi rahatlaşdıran nə varsa ondan iki əlli tutun. Yadda saxlayın ki, pis müdir həyatın sizi qarşılaşdırdığı pis insanlardan sadəcə biridir.