24 C
Baku
Monday, April 29, 2024

Müdirlə düzgün mübahisə qaydaları

Müdir əməkdaşın gündəlik işini idarə edir və əməkdaşın həyatını əsl cəhənnəmə çevirə bilər. Bundan əlavə, işçinin şirkətdəki gələcəyini də məhz müdir təyin edir. Buna görə də, müdiri düşmənə çevirmək karyeranızı artırmaq üçün heç də yaxşı üsul deyil.

Əgər bir fikriniz varsa “müdir onu bəyənməyəcək” deyə ondan imtina etməyə tələsməyin. İdeyanızın gələcək ideyası onu müdirə hansı şəkildə təqdim etməyinizdən asılıdır. Belə isə müdir ilə qovulmaq riskini gözə almadan düzgün şəkildə necə mübahisə etmək olar:

1. Heç vaxt müdirə qarşı hörmətsizlik etməyin:

Müdirlə qəti şəkildə razı olmasanız belə, onunla hörmətlə davranmağa çalışın və unutmayın ki, məhz o işlədiyiniz şirkətin əsas simasıdır. Lakin bununla belə yadda saxlayın ki, müdir tərəfindən özünüzə qarşı da hörmət tələb etməyə tam haqqınız var.

2. Müdirlə ictimai şəkildə mübahisə etməyin:

Təbii ki, işdən qovulmaq arzusunda deyilsinizsə.

3. Zidd olan fikirlərinizi müdirlə ikilikdə müzakirə edin:

Rəhbərin qərarı ilə razı deyilsinizsə bunu birbaşa olaraq onun özünə bildirin. Bu fikir ayrılığını digər işçilərin müşayiəti və kolleqa ilə həll etməyə çalışmaq düzgün deyil. Birincisi, yalnızca müdir öz qərarını dəyişə bilər. İkincisi isə, gileyləndiyiniz şəxs hər bir şeyi sizin əvəzinizə müdirə “çatdıra” bilər. Üçüncüsü isə deyinməyimiz kollektivi ruhdan salır.

4. Lazımi anda iradınızı bildirin:

Hər kəs tənqidi başqa cür qəbul edir və vəziyyət gərgin olduqda mübahisəyə qoşulmağınızla çox güman ki, bir şey əldə edə bilməyəcəksiniz. Ən uyğun və belə desək müdirin “sakit” olduğu zamanı seçin və iradınızı bildirin.

5. Mübahisə zamanı rəsmilikdən kənara çıxmayın:

Mübahisə zamanı bir faktı yadda saxlayın ki, mübahisəniz şəxsi məsələlər ilə deyil, məhz işiniz ilə bağlıdır. Professionallığınızı, obyektivliyinizi və “səviyyənizi” qoruyun.

6. Əmin olun ki, müdir tənqid qəbul etməyə razıdır:

Bəzi müdirlər yaxşı və yaxud pis olmasından asılı olmayaraq heç bir digər nəzər-nöqtəsini qəbul etmir. Ən kritik vəziyyətdə müdiriniz müdirinə müraciət edin. Unutmayın ki, siz öz müdirinizə deyil, öz şirkətinizə sadiq olmalısınız. Əgər müdirinizdən daha yüksək vəzifə yoxdursa aşağıdakı punkta nəzər yetirin.

7. Bəlkə də getməyin tam zamanıdır?!

Əgər yuxarıdakı bütün məsləhətlərə əməl etdiyiniz halda yenə də eşidilməz qalırsınızsa ola bilsin ki, işinizi tərk etməyinizin tam zamanıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər