9 C
Baku
Wednesday, November 13, 2024

Müdrik həyatın əsas prinsipləri

  • Taleyinizdən şikayətlənməyin. Sakitcə qalxın və nə etmək vacibdirsə onları həyata keçirin.
  • Səyahət edin! İldə iki dəfə heç vaxt olmadığınız yerlərə səyahət edin. Səyahət özünüzü tapmağa kömək edəcək.
  • Özünüzə səhvlər etmək şansı verin. Nəyisə əldən verdikdə bundan dərs çıxarmağa çalışın. Səhv – inkişaf etmək üçün əla imkandır.
  • Ümidsizliyə qapılmayın. Dünya böyükdür – mütləq elə bir insan vardır ki, sizin baxışınızı və təbəssümünüzü gördükdə xoşbəxt olur.
  • Planlaşdırdığınız bir şey alınmasa belə gülümsəyin. Yadda saxlayın, bəzən arzuladığınız bir şeyin alınmaması elə bəxtinizin gətirməsidir.
  • Düşünün. Qərar verməmişdən öncə qərarın dəyərini qiymətləndirin.
  • Müstəqil və sahib olduqlarınızdan kifayətlənən olun. Xoşbəxtliyiniz digər insanların düşündüyü və davrandıqlarından deyil, yalnızca özünüzdən asılıdır.
  • Özünüzə və digərlərinə hörmət edin. İnsan hər şeyi özü seçir. Sizə aid olmayan işlərə qarışmayın. Öz fikir və sözlərinizlə başqalarının həyatına təsir etməyə çalışmayın.
  • Əhvalınızdan və havadan asılı olmayaraq hər gün təmiz hava qəbul edin.
  • İstedadınızı inkişaf etdirin. Yadda saxlayın ki siz bunlara sahibsiniz! Sadəcə gözlərinizi açın.
  • Sözlərinizə və davranışlarınıza görə məsuliyyət daşıyın. Sözləriniz böyük gücə malikdir.
  • Keçmişin artıq keçdiyi faktını qəbul edin. O artıq yoxdur! Təcrübə əldə edin və irəliyə doğru gedin!
  • Qorxularınıza qalib gəlin. Qorxu – bu sadəcə illüziyadır.
  • Heç vaxt təslim olmayın! Əzmkarlıq və səbr heç vaxt mükafatsız qalmır.
Son xəbərlər
Digər xəbərlər