6 C
Baku
Friday, January 17, 2025

Müdürlərin sevdiyi, işçilərin nifrət etdikləri sözlər…

Biznesin effektliyinin artırılması üzrə bestseller müəllifi olan Bernard Marr hər bir rəhbərin artıq istifadə etməməli olduğu cümlələri ayırd etmişdir. Aydındır ki, müdür şəxsin sevərək işlətdiyi bu ifadələr əməkdaşların bir o qədər də ürəyincə deyil. Əgər rəhbər şəxssinizsə və gündəlik söz lüğətinizdə bu cümlələrdən istifadə edirsinizsə sağlam iş mühiti naminə onlardan imtina etməlisiniz.

Bəs bu cümlələr hansılardır?

Bəxtiniz gətirib ki, ümumiyyətlə burada işləyirsiniz: Vəziyyətindən asılı olmayaraq bu ifadə quru təhdid xarakteri daşıyır. Unutmayın ki, əməkdaşın sizin rəhbərlik etdiyiniz şirkətdə işləməkdə “bəxti gətirdiyi” qədər sizin də onun kimi bir əməkdaşa sahib olmaqda bəxtiniz gətirib. Əməkdaşın işindən razı deyilsinizsə, bunu quru təhdidlərlə deyil, daha professional tədbirlər görərək həll edin.

Bura iş yeridir, sizin üçün əyləncə yeri yox: İnsanlar məşğul olduğu işdən asılı olmayaraq özlərini bütünlüklə ona həsr edə, ondan zövq ala bilərlər. İrad bildirmədən öncə sizi narahat edən məsələnin əslində nə olduğunu aydınlaşdırmağa çalışın.

Mən sizin düşünməyiniz üçün pul ödəmirəm: İnsanlara yeni şeylər düşünüb, yaratmağa mane olmamalısınız. “Qara işçi” adlandırdığınız şəxs belə istehsalat prosesinin artırılması üçün mükəmməl ideya verə bilər. Dinləməyi bacarmaq və şirkətdəki hər kəsə dərəcəsindən asılı olmayaraq hörmət etməyi bacarmaq lazımdır.

Siz mənim dediyimi edəcəksiniz! :

Yaranmış problem ilə bağlı əməkdaşın irəli sürdüyü prioritetli həll yolunu düşünmədən və sona qədər dinləmədən rədd edirsinizsə, deməli şəxsən əməkdaşa qarşı hörmətsizlik edirsiniz. Onlara öz səylərini biruzə vermək imkanı yaradın!

Özünüz həll edin: Bu ifadədən mütəmadi olaraq istifadə edən rəhbər eyni zamanda həm qəddar, həm də tənbəl birini xarakterizə edir. Əgər əməkdaş hər hansı bir problemi özü həll etməlidirsə, heç deyilsə istifadə edəcəyi resursu tapmaqda ona köməklik edə bilərsiniz. Bundan sizə zərər toxunmaz!

Bu sizin şəxsi probleminizdir: Şəxsi problemlər əməkdaşın məhsuldarlıq qabiliyyətinə təsir etməyə başladıqda artıq bu tək şəxsi deyil, həm də iş problemidir. Bir əməkdaş daim işə gecikdikdə, ailəsi ilə bağlı yaranmış problemlərə görə işə gələ bilmədikdə artıq bu sizin baş ağrınıza çevrilir. Yaxşı rəhbər işçini günahlandırmaq əvəzinə əməkdaşı və özünü bu çətin vəziyyətdən çıxarmağı əlbət ki, bacarar.

Son xəbərlər
Digər xəbərlər