13 C
Baku
Saturday, November 16, 2024

Müflis elan edilmiş bankda qalan vəsait gəlirdən çıxılan xərcə aid edilə bilərmi?

Ləğv olunmuş bankda qalan, lakin hələ də Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməmiş pul vəsaitləri keçmiş illərin bölüşdürülməmiş mənfəətindən silinə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Buna əsasən, vergi ödəyicisinin müflis elan edilmiş bankda hesablaşma hesabında olan pul vəsaitləri ümidsiz borc hesab edilmir və gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci. 109-cu və 111-ci maddələri.

Son xəbərlər
Digər xəbərlər