Musiqi qrupları nə qədər vergi ödəməlidir?

Vergiödəyicilərin əldə etdikləri gəlirləri toyların keçirildiyi şadlıq evlərində tətbiq olunan “Qeydiyyat kitabı”nda düzgün əks etdirməlidir. 220. 10. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218. 4. 4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:Toylarda müğənnilik edənlərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği 30 manatdır. 220. 11. Bu Məcəllənin 220. 10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir: 220. 11. 1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;220. 11. 2. Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;220. 11. 3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0;digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Misal – 1. A adlı şəxs bir ayda Bakı, Gəncə, Şirvan, Sabirabadda fəaliyyət göstərib. Bu halda ən böyük əmsal olan ərazinin sabit vergi məbləğini ödəməlidir. Bu halda ən böyük əmsal Bakıda olduğu üçün 60 manat vergi ödəyəcək.

Misal – 2. B adlı şəxs bir ayda Şirvan və Sabirabadda fəaliyyət göstərib. Bu halda ən böyük əmsal Şirvanda olduğu üçün 30 manat vergi ödəyəcək. Misal – 3. C adlı şəxs bir ayda Sabirabadda və onun kəndlərində fəaliyyət göstərib. Bu halda digər rayon (şəhər) və qəsəbələr (kəndlər) kateqoriyasının eyni olduğu üçün 15 manat vergi ödəyəcək.

Misal – 4 . D adlı şəxs bir ayda Şirvanda və onun qəsəbəsi olan Bayramlıda fəaliyyət göstərib. Baxmayaraq ki, Bayramlı Şirvan şəhərinin tərkibindədir o digər rayon (şəhər) və qəsəbələr (kəndlər) kateqoriyasına aid olduğundan həmin kateqoriyanın əmsalına aiddir. İki kateqoriya arasında ən böyük əmsal Şirvanda olduğu üçün 30 manat vergi ödəyəcək.

Misal – 5. E adlı şəxs bir ayda Bakı şəhərində və Bakının Binəqədi qəsəbəsində fəaliyyət göstərib. Binəqədi qəsəbəsi Bakının tərkibində olduğu üçün və Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) kateqoriyasına aid olduğu əmsal eynidir. Əmsal eyni olduğu üçün 60 manat vergi ödəyəcək.

Misal – 6. L adlı şəxs bir ayda Xırdalan şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində fəaliyyət göstərib. Burada Xırdalan Abşeron rayonuna aid olduğuna baxmayaraq yəni onun mərkəzi olduğuna baxmayaraq, kateqoriyalar fərqlidir. Ən böyük əmsal Xırdalanda olduğu üçün 45 manat vergi ödəyəcək.

Misal – 7. M adlı şəxs bir ayda Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərir. Əmsal 3 region üzrə eyni olduğundan, 45 manat vergi ödəyəcək. Vergiləri ayın əvvəlində ödəmək lazımdır. Sabit vergi ödəyiciləri bəyannamə verməkdən azaddılar. Şəxs xəstələndikdə, işə çıxmadıqda və gəliri olmadıdıqda belə yuxarıda ona aid olduğu məbləği ödəməlidir. Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən:221. 8. 5. Bu Məcəllənin 218. 4. 4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220. 10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti (vergi orqanından) orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdır. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. 221. 8. 6. Bu Məcəllənin 218. 4. 4-cü maddəsində göstərilən fiziki şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Bu Məcəllənin 218. 4. 4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və aşağıdakı məlumatları özündə əks etdirir:221. 8. 6. 1. vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;221. 8. 6. 2. vergi ödəyicisinin VÖEN-i;221. 8. 6. 3. qəbzin qüvvədə olma müddəti;221. 8. 6. 4. fəaliyyətin həyata keçirildiyi ərazi;221. 8. 6. 5. ödənilmiş verginin məbləği;221. 8. 6. 6. fəaliyyətin adı. 221. 8. 7. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” vergi ödəyicisində saxlanılır. Bu Məcəllənin 218. 4. 4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir. 221. 8. 8. Bu Məcəllənin 218. 4. 4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan fiziki şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənarda bu fəaliyyət üzrə göstərilən xidmətlərə görə əldə etdiyi gəlirləri bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydada müvafiq vergilərə cəlb edilir. 221. 8. 9. Bu Məcəllənin 218. 4. 4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220. 10-cu maddəsində müəyyən olunan fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda “Sabit verginin ödənilməsi haqqında qəbz”i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar. 221. 8. 10. Bu Məcəllənin 218. 4. 4-cü maddəsində göstərilən fiziki şəxslərin vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya bu Məcəllənin 16. 1. 9-cu maddəsində nəzərdə tutulmuş müvafiq qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

P. S. İşçiləri olduqda sadələşmiş vergi ödəyici kimi, vergi ödəyəcəklər. “Fiziki şəxs (fərdi sahibkar) və ya hüquqi şəxs qismində fəaliyyət göstərən studiyalarla müğənni arasında xidmət müqaviləsi bağlanması zəruridir. Müğənni studiyaya ödədiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini studiyadan tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun”. Müğənni reklmadan gələn gəlirin 10 + 18 faizindən (“Vergi qanunvericiliyinə ( 5. 3. 7, 5. 6-cı və 5. 7-ci, 16. 1. 11-1-ci , 168. 1. 5, 169. 2 və ya 169. 5, 169. 3 maddələr) vergi ödəməlidir. Əgər müğənni , İnstiqram, Facebook səhifəsində hər hansı şirkətin məhsulunu reklam edib, gəlir əldə edirsə 10 faiz elektron ticarət vergisi, 18 ƏDV yəni ümumilikdə 28 faiz vergi ödəyir. Misal 1000 manat gəlir əldib. 1000*10% = 100 manat. (1000/118)*18% = 152 manat 54 qəpik ƏDV ödəyir. Ümumilikdə 100 +152,54 = 252 manat 54 qəpik vergiyə cəlb olunur. Əgər müğənni vergi uçotunda deyilsə (VÖEN-i yoxdursa) və öz Facebook səhifəsində hər hansı şirkətin məhsulunu reklam edib, gəlir əldə edirsə, ödənişi edən şirkətin bank sahibi həmin gəlirdən 18 faiz (ƏDV) dərəcsində vergi tutaraq məbləği vergiyə cəlb edir. Müğənni 500 manat müqabilində, şirkətin məhsulunu reklam edir. Bu halda bank (500/118)*18 = 76 manat 27 qəpiyi vergiyə cəlb edir.

İqtisadçı – ekspert Rauf Qarayev