15 C
Baku
Friday, April 26, 2024

Müğənni Rihanna milyarder oldu

Müğənni Rihanna milyarder və dünyanın ən varlı qadın musiqiçisi olub.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Forbes” jurnalının verdiyi məlumata görə, onun sərvəti 1.7 milyard dollara çatıb.

Qeyd edək ki, dünyanın ən varlı qadınları arasında Rihanna yalnız 2.7 milyard dollar sərvəti olan teleaparıcı Opra Uinfridən geri qalır. Müğənninin sahib olduğu sərvətin böyük hissəsi (1.4 milyard dollar) “Fenty Beauty” kosmetika şirkətindəki payına düşür.

“Fenty Beauty”nin əsası 2017-ci ildə qoyulub. Bu, Rihannanın Avropanın ən varlı adamı Bernar Arnonun idarə etdiyi “LVMH” holdinqi ilə birgə qurduğu müəssisədir. Şirkət fərqli dəri rəngli qadınlar üçün məhsullarının geniş çalarlarını təqdim edir.

Analitiklərin kosmetika şirkətinə verdiyi səxavətli reytinqlər Rihannanın xeyrinə olub: məsələn, “Estee Lauder” və “L’Oreal” kimi istehsalçıların reytinqləri illik gəlirlərini 7.5 dəfə və ya daha çox üstələyir. “Forbes USA”ın qiymətləndirmələrinə görə, “Fenty Beauty”nin dəyəri 2.8 milyard dollar təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər