Amerikalı müğənni Teylor Sviftin sərvəti 2 milyard dollara çatıb. Bu barədə “Forbes” jurnalının məlumatlarında bildirilir. İfaçı “Forbes World’s Celebrity Billionaires” reytinqində yeddinci yeri tutub.
“Forbes”un məlumatına görə, Teylor Svift qonorar və konsert turları hesabına 1 milyard dollar qazanıb. Daha 900 milyon dolları isə onun musiqi kataloqundan əldə etdiyi gəlirlər təşkil edir. Nəşr müğənninin daşınmaz əmlakını təxminən 100 milyon dollar dəyərində qiymətləndirir.
Teylor Svift 2024-cü ilin aprelində “Eras” dünya turundan sonra “Forbes” milyarderlər siyahısına daxil olmuşdu. Bu tur bilet satışlarından 1 milyard dollardan çox gəlir gətirib.
2025-ci ilin oktyabrında isə onun “The Life of a Showgirl” adlı albomu çıxıb və qlobal bestsellerə çevrilib.
“Forbes World’s Celebrity Billionaires” reytinqinin yenilənmiş ilk beşliyinə televiziya aparıcısı və aktrisa Opra Uinfri (3,2 milyard dollar), restlinq promouteri və WWE-nin keçmiş rəhbəri Vinsent Kennedi Makmen (3,6 milyard dollar), basketbolçu Maykl Cordan (4,3 milyard dollar), kinoprodüser və ssenarist Corc Lukas (5,2 milyard dollar) və rejissor-prodyuser Stiven Spilberq (7,1 milyard dollar) daxil olub.





