13 C
Baku
Thursday, April 18, 2024

“Muğan Bank” aktivləri kəskin böyüyüb

“Muğan Bank” ASC-nin cəmi aktivləri 587,22 mln. manatı ötəməklə tarixinin ən böyül göstəricisinə nail olub. Buna bənzər göstərici 2015-ci ilin yekununda qeydə alınmışdı və həmin zaman cəmi 564,33 mln. manat təşkil etmişdi (ətraflı). Bundan əlavə bank il ərzində bu göstəriciyə 21% atımla nail ola bilib.

Banker.az bu barədə Bankın 2019-cu ilin II rübü üzrə maliyyə hesabatına istinad edir.

Kommersiya bankın aktivlərinin əsas hissəsi olan kredit portfeli 1 iyul 2019-cu il tarixə 361,49 mln. manatdır.  Lakin, krdit portfeli il ərzində 2,4% kiçilib.

Hesabatı analiz etdikdə məlum olur ki, bankın böyüməsinin əsas səbəbkarı nağd pul kütləsinin kəsskin fərqlə böyüməklə 217,11 və eləcə də Azərbaycan Mərkəzi Bankındakı 24,47 mln. manatlıq (bura depozit əsasən aid etmək olar) vəsaitlərinin və 65841 banklardakı vəsaitlərinin (nostro) artırmasına sahib olmasıdır.

Hazırda müştəriləri Muğan Bank-da 211,46 mln. manatlıq depozit yerləşdiriblər. Cəmi öhdəlikləri 517,32 mln. manat və cəmi kapitalı isə 69,90 mln manatdır.

Bankın ilk rüb ərzində etdiyi 13,26 mln. manatlıq zərər azalaraq 2-ci rübdə 9,83 mln. manata düşüb.

Son xəbərlər
Digər xəbərlər