14 C
Baku
Wednesday, May 15, 2024

“Muğan Bank” yenə zərər etdi. Yığılmış zərəri 17,5 mln. manata qədər artdı

“Muğan Bank” ötən ili zərərlə bitirməklə balansında yığılmış zərərin həcmini bir qədər də artırıb.

Banker.az Bankın özünün tərtib etdiyi, 2017-ci ilin illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, bankın ümumi faiz gəlirləri hesabat dövründən əvvəlki illə müqayisədə 16,422 mln. daha az olmaqla 42,794 mln. manat təşkil edib. Bu gəlirlər də yaranmış xərcləri qarşılaya bilməməklə ötən ili 6,341 mln. manat zərərlə bitirib. Məlumat üçün bildirək ki, bank ötən ili 14 mln. manat zərərlə bitirmişdi.

Beləliklə, bankın yığılmış zərəri 13,2 mln. manatdan 17,5 mln. manat həcminə keçib.

Qeyd edək ki, hazırda bankın cəmi kapitalı 69 mln. manat təşkil edir. Bu da ötən illə müqyisədə 5,7 mln. artması deməkdir.

Hazırda bankın cəmi kapitalı artmaqla 480,177 mln. manat, cəmi öhdəlikləri isə 411,160 mln. manat təşkil edir.

Xatırladaq ki, “Muğan Bank” ASC-nin səhmlərinin Mehdiyev Elmir Maqbet oğlu– 63.50 %, Vəliyeva Vəfa Əhməd Qizi – 12.05 %, Mehdiyev Maqbet Rəhim Oğlu – 13.10 %, Mehdiyeva Fəridə Cahandar Qizina – 11.35 % şəxlərinə məxsusdur.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər