26 C
Baku
Friday, April 19, 2024

“Muğanbank” əməliyyat mənfəəti əldə edib, kapitalı artıb

“Muğanbank”ın 2019-cu ilin yanvar-sentyabr aylarında cəmi aktivləri 558,549 mln manat olub. Belə ki, bu il ötən ilin analoji dövrüylə müqayisədə bankın cəmi aktivləri 1,945 mln manat  azalıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

“Muğanbank”ın cəmi aktivlərindən 337,064 mln manatı müştərilərə verilmiş xalis kreditlər təşkil edir.

2019-cu ilin 9 ayında bankın faiz gəlirləri 27,345 mln manat, qeyri-faiz gəlirləri 15,942 mln manat, faiz xərcləri 19,419 mln manat, qeyri-faiz xərcləri 20,881 mln manat təşkil edib. Nəticədə  2 milyon 987 min manatlıq əməliyyat mənfəəti yaranıb.

“Muğanbank” cari ildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 11 milyon 241 min manat ayırıb və buna görə də bank 8 milyon 254 min manat xalis zərər ilə başa vurub.

Bankın bu ilin 9 ayında 2018-ci ilin eyni dövrüylə müqayisədə  cəmi öhdəlikləri 4% azalaraq 473,375 mln manat, cəmi kapitalı isə 23,4% artaraq 85,174 mln manat təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında “Muğanbank”ın depozit portfeli 14% azalaraq 260,182 mln manat olub.

 

 

Son xəbərlər
Digər xəbərlər