19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“Muğanbank” 2019-cu ili əməliyyat mənfəəti ilə başa vurub

Screen Shot 2021 09 02 at 14.34.20

“Muğanbank” əməliyyat mənfəəti əldə edib

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2019-cu ildə “Muğanbank”ın cəmi gəlirləri 58 milyon 281 min manat, cəmi xərcləri isə 56 milyon 314 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən 1 milyon 967 min manat əməliyyat mənfəəti yaranıb. Lakin Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 10 milyon 275 min manat ayırdığından 2019-cu ili 8 milyon 308 min manat xalis zərər ilə bağlayıb.

2019-cu ildə “Muğanbank”ın cəmi aktivləri 660 milyon 836 min manat olub ki, bu da 2018-ci ilin müvafiq dövrüylə müqayisədə 18% artım deməkdir. Bankın müştərilərə verdiyi kreditlər isə 357 milyon 551 min manat olub. Belə ki, 2019-cu ildə “Muğanbank”ın kredit portfeli illik müqayisədə 6% artıb.

“Muğanbank”ın 2019-cu ildə cəmi öhdəlikləri 2018-ci ilin eyni dövrünə nisbətən 22% artaraq 573 milyon 801 min manat olub. Həmçinin bankın depozit portfeli isə 19,4% artaraq 334 milyon 722 min manat təşkil edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər