“Muğanbank” ASC-dən “BAYRAM SOVQATI” adlı kampaniya

0


“Muğanbank” ASC müştərilərə Novruz bayramı ərəfisində “BAYRAM SOVQATI” adlı kampaniya təqdim edir. Belə ki, mart ayının 13-dən başlayararaq Muğanbank ASC-nin baş ofisi və filiallarına müraciət edən bütün müştərilərə Union Pay, MasterCard və Visa beynəlxalq ödəniş sistemlərinin Platinum və Gold plastik kart məhsulları 50% endirimlə təklif olunacaqdır. Kampaniya aprel ayının 1-dək davam edəcəkdir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.