“Muğanbank” ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

“Muğanbank” ASC korporativ sosial məsuliyyəti çərçivəsində, koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200.000 AZN vəsait ayırdı.

Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən bankımız bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.

Siz də özünüzün və sevdiklərinizin sağlamlığı üçün evdə qalaraq bu mübarizəyə kömək ola bilərsiniz. Güc birlikdədir!


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları