27 C
Baku
Tuesday, May 28, 2024

“Muğanbank” audit hesabatını açıqladı: Gəlirləri artıb, bank böyüyüb

“Muğanbank” ASC-nin 31 dekabr 2021-ci il tarixi üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun hazırlanmış konsolidə edilmiş maliyyə hesabatları və müstəqil auditorların rəyi açıqlanıb. Bank ötən il mənfəət edib, gəlirləri, aktivləri, kredit və depozit portfeli artıb.

Banker.az xəbər verir ki, “Muğanbank”  2021-ci ili 510 min manat mənfəətlə başa vurub

GƏLİRLƏRİ ARTIB

Ötən il “Muğanbank”ın faiz gəlirləri 9.2% artaraq 32 milyon 686 min manat, haqq və komissiya gəliri 2.2 dəfə artaraq 26 milyon 609 min manat təşkil edib. Bankın faiz xərci 31 milyon 797 min manat, haqq və komissiya xərci 9 milyon 470 min manat olub.

MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB

2021-ci ildə “Muğanbank”ın cəmi aktivləri 655 milyon 826 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 22% artımdır. Bunun 394 milyon 764 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 22% böyüyüb.

BANKDA MÜŞTƏRİLƏRİN VƏSAİTLƏRİ ARTIB

2021-ci ildə “Muğanbank”ın depozit portfeli (müştərilərin vəsaitləri) 46.4% artaraq 390 milyon 134 min manata yüksəlib. Bankın cəmi öhdəlikləri isə 614 milyon 754 min manat təşkil edib.

KAPİTALI ARTIB

Bankın ötən il cəmi kapitalı 15.5% artaraq 41 milyon 72 min manat olub. 2020-ci ildə bu göstərici 35 milyon 562 min manat təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər