2 C
Baku
Saturday, December 14, 2024

“Muğanbank” böyüyüb, gəlirləri kəskin artıb

“Muğanbank” ASC 2022-ci ili 57 min manat mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövründə 1 milyon 552 min manat mənfəət etmişdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

2022-ci ildə “Muğanbank”ın gəlirləri 86 milyon 12 min manat (illik müqayisədə 48% çox), xərcləri 69 milyon 449 min manat təşkil edib. Nəticədə gəlirlər xərcləri üstələdiyindən 16 milyon 563 min manatlıq əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə bankın gəlirləri 61 milyon 411 min manat, xərcləri isə 61 milyon 221 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il yanvarın 1-nə “Muğanbank”ın aktivləri 799 milyon 338 min manat olub ki, ötən ilin sonuna nisbətən 13% çoxdur. Bunun 453 milyon 771 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13% böyüyüb.

DEPOZİT PORTFELİ ARTIB

Hesabat dövründə “Muğanbank”ın öhdəlikləri 15% artaraq 706 milyon 158 min manata, balans kapitalı isə 1.3% artaraq 93 milyon 180 min manata, o cümlədən depozit portfeli isə 24% artaraq 491 milyon 756 min manata çatıb.

u1

m2

Son xəbərlər
Digər xəbərlər