5 C
Baku
Friday, February 23, 2024

“Muğanbank” Çek-in 33-cü tirajının vaxtı dəyişildi®

“Muğanbank” ASC sosial məsuliyyət çərçivəsində, qlobal pandemiyaya çevrilmiş təhlükəli koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq qərarı ilə həyata keçirdiyi qabaqlayıcı tədbirləri nəzərə alaraq və dövlətimizin bu sahədə apardığı müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi səbəbilə vətəndaşların kütləvi toplaşmasının qarşısının alınması üçün “Muğanbank” ASC-nin baş ofisində 30 Aprel tarixində nəzərdə tutulan “Muğanbank Çek”-in 33-cü tirajının vaxtının təxirə salınması haqqında qərar qəbul etmişdir. Belə ki, tiraj 15 May 2020-ci il tarixdə keçiriləcəkdir.

“Muğanbank Çek” Muğanbank ASC-nin məhsuludur. İldə 8 dəfə, hər 45 gündən bir tiraj keçirilir, tirajda dövriyyədə olan bütün çeklər iştirak edir və hər bir çekin 100 AZN-dən 10.000 AZN-dək (100 AZN, 250 AZN, 500 AZN, 1 000 AZN, 2 500 AZN, 5 000 AZN, 10 000 AZN) uduş şansı var. Hər bir çekin nominal dəyəri 50 AZN-dir. Çeklərin alışı zamanı tiraj günündən sonrakı ilk 15 günlük aralıqda komissiya 1% (yəni 50 qəp), ikinci 15 gün ərzində 2% (yəni 1 manat), üçüncü 15 gün ərzində isə 3% (yəni 1.5 manat)-dir. “Muğanbank Çek“i Muğanbank ASC-nin baş ofis, istənilən filial və şöbələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər