16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

“MuğanBank” da ili mənfəətlə başa vurdu – Maliyyə vəziyyəti

faizlere

“Muğanbank” 2020-ci il üzrə maliyyə göstəricilərini açıqladı. “MuğanBank” 2020-ci ili 707 min manat xalis mənfəətlə bağlayıb. 2019-cu ildə isə bank 8 307 min manat zərər etmişdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

XƏRCLƏRİ AZALIB

2020-ci ildə “MuğanBank”ın faiz gəlirləri 27 701 min manat (21.5% az), qeyri-faiz gəlirləri 18 157 min manat (21% az), faiz xərcləri 19 782 min manat (22.4% az), qeyri-faiz xərcləri 28 296 min (8.2% az) manat olub.

2020-ci il tarixində “MuğanBank” 590 906 min manat aktivlərə malik olub ki, bu da illik müqayisədə bankın aktivlərinin 10.5% azalması deməkdir. Bunun 335 946 min manatı müştərilərə verilmiş kreditlərdir.

DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ ARTIB

“MuğanBank”ın biznes kreditləri portfeli 208 403 min manatdan 203 202 min manata, istehlak kreditləri 54 942 min manatdan 21 684 min manata düşüb, daşınmaz əmlak kreditləri isə 102 722 min manatdan 111 046 min manata çatıb.

2020-ci ildə bankın cəmi öhdəlikləri 504 027 min manat olub. Bankın depozit portfeli isə 278 682 min manat təşkil edib ki, bunun 209 299 min manatı fiziki şəxslərin depozitləri, 69 382 min manatı isə hüquqi şəxslərin depozitləri olub.

mm

mzm

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər