9 C
Baku
Friday, March 1, 2024

“Muğanbank” digər bankla konsolidasiyanı istisna etmir

“Muganbank”a konsolidasiya ilə bağlı təklif olarsa, birləşəcəyimiz bankla gələcək inkişaf strategiyamızın nə dərəcədə üst-üstə düşəcəyini qiymətləndirmək lazımdır”.

Bunu  açıqlamasında “Muganbank”ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov deyib.

“Bu gün “Muganbank” həm əhalini, həm sahibkarları, real sektoru dəstəkləyir. Bunun müqabilində şəhər və rayonlarda kifayət qədər vəsaitlə maliyyələşmə aparırıq. Söhbət həm əhalidən yerli bazarda cəlb edilmiş vəsaitlərdən, həm də birbaşa Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, beynəlxalq maliyyə institutlarından cəlb olunmuş vəsaitlərdən gedir. Bu gün strateji sahələr olan taxılçılıq, çörək istehsalı və bu tipli sahələri prioritet kimi götürürük. Bundan başqa, bizim həm Bakı, həm də regionlarda 50-dən çox filial və şöbəmiz var. Bu şəbəkə vasitəsilə istər əhalinin əmanətlərinin qorunması, istər biznesin dəstəklənməsi və İpoteka Fondunun xətti ilə əhaliyə ipoteka kreditlərinin verilməsini həyata keçiririk. Buna görə, konsolidasiya məsələsində bu kimi strateji baxışa yaxın bank olarsa, bu məsələ müzakirə oluna bilər”, – deyə Ş. Ələkbərov qeyd edib.

Ş. Ələkbərov əlavə edib ki, hal-hazırda heç bir bankla konsolidasiya məsələsi müzakirə mövzusu deyil.

.APA

Son xəbərlər
Digər xəbərlər