“Muğanbank” ASC illərdir yığılmış zərəri son bir il ərzində (2017-ci ilin 2-ci rübü) 56% artaraq 20,28 mln. manata çatıb.
Banker.az xəbər verir ki, bu barədə bankın 2018-ci ilin ilk yarım illiyinə olan hesabatda deyilir.
Hesabatda qeyd olunur ki, yığılmış zərərlər bankın cəmi kapitalını ilin əvvəli ilə müqayisədə 2,78 mln. manat azaldaraq 66,24 mln. manat düşürdüb. Bu rəqəmlə az qala ötən ilki kapitala düşməsinə bir qədər də yaxınlaşıb. Bir faktı qeyd etməliyik ki, bank səhmdarları nizamnamə kapitalını ötən ilin son rübü əlavə 10 mln. manat artırmışdı.
Bankın cəmi faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqyisədə bu il 25% azalaraq 17,38 mln. manat, faiz xərcləri isə 51% artaraq 12,25 mln. manat olub. Bankın qeyri-faiz gəlirləri iki dəfə artmaqla 6,15 mln. manat, qeyri-faiz xərcləri isə cüzi azalmaqla 1,18 mln. manat olub. Beləliklə, bankın əməliyyat mənfəəti ehtiyyatlara ayırmalardan sona 6,29 mln. manat olub. Əməliyyat mənfəəti adminstrativ və işçi heyətinə çəkilən xərcləri nəinki qarşılamayıb, hətta bankı yenidən 2,77 mln. manatlıq zərərə yuvarlayıb.
Hazırda bankın cəmi aktivləri 486,36 mln. manat, cəmi öhdəlikləri isə 420,12 mln. manat təşkil edir.
Xatırladaq ki, “Muğanbank” ASC-nin nizamnamə kapitalı 85 mln. manatdır və səhmlərdə 63,50% – Elmir Mehdiyev, 13,10% – Maqbet Mehdiyev, 12,05% – Vəfa Vəliyeva və 11,35% – Fəridə Mehdiyeva pay sahibləridir.