6 C
Baku
Sunday, December 15, 2024

“Muğanbank”-ın nizamnamə kapitalı artırıldı – 100 mln manatadək

Muğanbank ASC-nin nizamnamə kapitalının 100 million manatadək artırılması qərara alınmışdır.

Banker.az xəbər verir ki, 23 iyul 2019-cu il tarixində, “Muğanbank” ASC-nin kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə Səhmdarların Ümumi Yığıncağı keçirilmişdir. İclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın Nizamnamə Kapitalının 5 mln AZN artırılması qərara alınmışdır.

Bununla əlaqədar, hər birinin nominal dəyəri 200 AZN olan, 25 000 ədəd adi, sənədsiz, adlı səhmlərin emissiyasının dövlət qeydiyyatına alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilmişdir.
Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 95 mln AZN-dən 100 mln manatadək çatdırılacaq.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

 

Son xəbərlər
Digər xəbərlər