12 C
Baku
Cümə, Dekabr 3, 2021

“MuğanBank” mənfəət edib, gəlirləri artıb

“MuğanBank” ASC bu ilin III rübünü 602 min manat mənfəətlə başa vurub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Yanvar-sentyabr aylarında “MuğanBank”ın gəlirləri 42 milyon 406 min  manat (illik müqayisədə 26% çox), xərcləri 42 milyon 799 min manat (21% çox), mümkün zərərlər üçün yaradılan ehtiyatlar 996 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il oktyabrın 1-nə “MuğanBank”ın aktivləri 643 milyon 930 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 9% çoxdur.  Bunun 380 milyon 446 min manatı müştərilərə verilmiş  kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 13.2% böyüyüb.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 9.5% artaraq 551 milyon 803 min manata, o cümlədən depozit portfeli 10.4% artaraq 307 milyon 784 min manata, balans kapitalı isə 6% artaraq 92 milyon 128 min manata çatıb.

Xatırladaq ki, “MuğanBank” 1992-ci ildə yaradılıb. Onun səhmləri Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), Maqbet Rəhim oğlu Mehdiyevə, Vəfa Əhməd qızı Vəliyevaya və Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

m1 1 M2 1 m3 1

Son xəbərlər
Oxşar xəbərlər
X