“MuğanBank” ASC bu ilin III rübünü 602 min manat mənfəətlə başa vurub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Yanvar-sentyabr aylarında “MuğanBank”ın gəlirləri 42 milyon 406 min manat (illik müqayisədə 26% çox), xərcləri 42 milyon 799 min manat (21% çox), mümkün zərərlər üçün yaradılan ehtiyatlar 996 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il oktyabrın 1-nə “MuğanBank”ın aktivləri 643 milyon 930 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 9% çoxdur. Bunun 380 milyon 446 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 13.2% böyüyüb.
DEPOZİT PORTFELİ BÖYÜYÜB
Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 9.5% artaraq 551 milyon 803 min manata, o cümlədən depozit portfeli 10.4% artaraq 307 milyon 784 min manata, balans kapitalı isə 6% artaraq 92 milyon 128 min manata çatıb.
Xatırladaq ki, “MuğanBank” 1992-ci ildə yaradılıb. Onun səhmləri Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), Maqbet Rəhim oğlu Mehdiyevə, Vəfa Əhməd qızı Vəliyevaya və Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.