16 C
Baku
Thursday, May 2, 2024

“Muğanbank” ötən il ərzində iki filialı bağlanıb, 83 nəfər bankı tərk edib

Hazırda maliyyə baxımında vəziyyəti heç də yaxşı olmayan “Muğanbank” ASC-nin 2017-ci ilin əvvəlindən sonuna kimi işçi heyətinin azalaraq 741 nəfərə düşüb.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, 2016-ci ilin iyul ayında 824 nəfər olduğu halda ötən ilin sonu, yəni, 2018-ci ilin yanvarın 1-nə bu rəqəm 83 nəfər azalıb.

Ümumiyyətlə qeyd edək ki, bankı Respublikada baş vermiş ardıcıl devalvasiyanın ardından 167 nəfər işçi tərk edib.

Bundan əlavə 2017-ci il ərzində bankın iki filialı – “Biləsuvar” və “Goranboy” filialları bağlanıb.

Xatırladaq ki, “Muğanbank”ın nizamnamə kapitalı 85 mln manat təşkil edir ki, bu kapitala da 63,50% – Elmir Mehdiyev, 13,10% – Maqbet Mehdiyev, 12,05% – Vəfa Vəliyeva və 11,35% – Fəridə Mehdiyeva nəzarət edirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər