10 C
Baku
Thursday, December 12, 2024

Muğanbank səhmlərinin yerləşdirilməsinə başlayıb

Muğanbank 4 mln. 694,2 min manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayıb.

Banker.az BFB-na istinadən xəbər verir ki, səhmlərin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 10,4% – 50 mln. 200 manata qədər artacaq.

“Muğanbank” 2 iyul 2015-ci il tarixindən etibarən bazarın alternativ seqmentində səhmlərin əlavə emissiyasının yerləşdirilməsinə başlayır. Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 200 manat olan 23,471 min ədəd səhmə bölünüb.

Səhmlərin yerləşdirilməsi 7 iyul 2016-cı ilə qədər başa çatacaq.

Əlavə emissiyadan olan səhmlərin yerləşdirilməsinin anderrayteri “Texnika Kapital Menecment” MMC-dir.

Son xəbərlər
Digər xəbərlər