13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Muğanbank təcrübə proqramı elan edir

®“Muğanbank” ASC gələcək karyerasını bank sektorunda qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı yaradır. 

Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat və maliyyə sahələri üzrə ali təhsil almış gənclər “Muğanbank” ASC-yə müraciət edə bilərlər.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

– Məntiqi və analitik düşünmə qabiliyyəti;

– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir) 

– Ünsiyyət və təqdimat bacarığı.

Təcrübə müddəti 3 aydır. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə bank tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir. Bu gənclərdən ən yüksək nəticə göstərənlər işlə də təmin oluna bilərlər.

Təcrübə Bakı şəhəri ilə yanaşı regionlardakı filialları da (Sumqayıt, Gəncə, Mingəçevir, Masallı, Bərdə, Salyan, Xaçmaz) əhatə edəcək.

Proqrama qoşulmaq istəyənlər 01.11.2021-ci il tarixinə kimi CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək,  [email protected]  ünvanına CV (3×4 formatlı şəkil, təhsili əsaslandıran sənədi də əlavə edilməklə) göndərməlidirlər.

Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər müsahibələrə dəvət olunur.

Son xəbərlər
Oxşar xəbərlər
X