15 C
Baku
Sunday, November 24, 2024

Muğanbankda struktur dəyişikliyi

“Muğanbank” ASC-də yeni müştəriyönümlü biznes modelinə keçid üçün müəyyən olunan struktura uyğun güclü komanda formalaşdırmaq məqsədilə struktur dəyişikliyi baş vermişdir. Belə ki,  İdarə Heyəti Sədrinin vəzifələrinin icrası Elnur Mir Rəhim oğlu Abbasova həvalə olunmuşdur. Bundan əlavə, İsmayılov Samir Abas Qulu oğlu İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin olunmuşdur. Qasımlı Etibar Qasım oğlu və Əzizov Asif Əlifərman oğlu Baş direktor vəzifəsinə təyin edilmişdirlər. Həmçinin, Əzizov Asif Əlifərman oğlu İdarə Heyətinin üzvü olmaqla yanaşı, bankın Baş risk inzibatçısı (CRO) səlahiyyətləri ona həvalə edilmişdir. 

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 23 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank – Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR – “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Son xəbərlər
Digər xəbərlər