“Muğanbank” ASC-də 2020-ci ilin nəticələri üzrə audit başa çatmışdır. Bankın maliyyə hesabatları “Baker Tilly Audit Azərbaycan” QSC tərəfindən audit edilmişdir.
Banker.az xəbər verir ki, “Muğanbank”ın illik mənfəətin həcmi 1 milyon 724 min manat təşkil edib.
“Muğanbank”ın 2020-ci ildə faiz gəlirləri 29 milyon 927 min manat (əvvəlki il 37 milyon 752 min manat), qeyri-faiz gəlirləri 9 milyon 805 min manat (əvvəlki il 4 milyon 491 min manat), faiz xərcləri 23 milyon 257 min manat (əvvəlki il 27 milyon 492 min manat) təşkil edib.
31 dekabr 2020-ci il tarixinə bankın cəmi aktivləri 537 milyon 496 min manat təşkil edib ki, bu da illik müqayisədə 11% azalma deməkdir. Bunun 324 milyon 515 min manatı müştərilərə verilmiş kreditlərdir.
Hesabat dövründə “Muğanbank”ın cəmi öhdəlikləri 12% azalaraq 499 milyon 936 min manat, cəmi kapitalı isə 5% artaraq 37 milyon 560 min manat olub.
Xatırladaq ki, “Muğanbank” 1992-ci ildə yaradılıb. Onun səhmləri Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), Maqbet Rəhim oğlu Mehdiyevə, Vəfa Əhməd qızı Vəliyevaya və Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.