30 C
Baku
Thursday, May 30, 2024

“Muğanbank”ın balansındakı mənzillər satışa çıxarılır – Qiyməti

02 may 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  “Muğanbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Banker.az xəbər verir ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.03791 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 2 mərtəbəli binada 39 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 4 saylı mənzil və  Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.03791 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 2 mərtəbəli binada 27.5 kv.m ümumi, 19.5 kv.m yaşayış sahəsindən ibarət 9 saylı mənzildir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 400.000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.

Ünvan Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası).

Son xəbərlər
 ⁠
Digər xəbərlər