“MuğanBank”ın səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
“MuğanBank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyevin bankdakı payı 66.17%-dən 67.74%-ə çatıb, Maqbet Mehdiyevin payı 12.14%-dən 11.58%-ə, Vəfa Vəliyevanın payı 11.17%-dən 10.65%-ə, Fəridə Mehdiyevanın isə payı 10.52%-dən 10.03%-ə düşüb.