Dələduzluqda təqsirləndirilən “Muğanbank” ASC-nin xəzinədarı olmuş Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 20-nə təyin edilib.
Qeyd edək ki, A.Əliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.