23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Mühəndis (Quba rayonu) – SOCAR

Screen Shot 2021 09 02 at 14.34.20

Vəzifə haqqında məlumat
Vakansiyanın adı Mühəndis (Quba rayonu, Sayğacların qəbulu və istismarı xidməti)
Elanın bitmə tarixi 13.09.2021
Keçid kodu 06567/2021 EXT
Müəssisə, Təşkilat Azəriqaz İB
Struktur vahidi Sayğacların qəbulu və istismarı xidməti
Ştat vəzifəsinin adı Mühəndis (Quba rayonu,Sayğacların qəbulu və satışı xidməti)
Struktur vahidinin ünvanı Quba şəhəri, Atıcı Diviziya küçəsi 223, AZ 4000
Şəhər/rayon Quba rayonu
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 10
Əmək haqqı 823.00 azn/aylıq
SOCAR-ın müvafiq Qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə
yemək xərci əvəzinə 3 manat əlavə vəsait ödənilir
Əlavə məlumat
İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)

Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat

Vəzifə öhdəlikləri (funksiyalar)
Təbii qaz istehlakçılarının qaz sərfi cihazları ilə təmin olunmasına nəzarət
etmək;
Əhali, qeyri-əhali sektoru üzrə quraşdırılmış (əvəzlənmiş) sayğacların,
plombların, tərtib edilmiş xüsusi nömrəli aktların “AGİS” proqramında
müvafiq klassifikatorlar üzrə vaxtında və düzgün qeydiyyata almaq;
Quraşdırılması və istifadə olunması üçün anbardan təhvil alınmış
sayğacların, plombların, xüsusi nömrəli aktların saxlanılmasına, qeydiyyata
alınaraq istismara verilməsinə cavabdehlik daşımaq;
Əhali sektorunda, dövlət və özəl təşkilatlarda qaz sərfi cihazlarının istismara
verilməsi zamanı standartlara və texniki şərtlərə riayət olunmasına nəzarət
etmək;
İstismarda olan ölçmə vasitələrinin müəyyən edilmiş müddət və qaydada
Dövlət yoxlamasından keçirilməsini təmin etmək;
Ölçmə vasitələrinin metroloji ekspertizadan keçirilməsinə nəzarət etmək;
Təmirdən çıxmış qaz sərfi ölçü cihazlarının metroloji attestasiyası işlərini
aparmaq;
Ölçmə vasitələrinin vəziyyətini, istismar və saxlanma şəraitini yoxlamaq;
Ölçmə vasitələrinin yoxlanılmasının təqvim qrafiklərini işləyib hazırlamaq;
Ölçmə vasitələrinin yoxlanma nəticələrini sənədləşdirmək;
Ölçmə vasitələrinin tələb olunan normaya uyğun quraşdırılmasını həyata
keçirmək;
Ölçmə vasitələrinin quraşdırılması zamanı qarşıya çıxan çatışmazlıqları
sənədləşdirmək;
Quraşdırılmış ölçmə vasitələrinin qəbul aktlarını yoxlamaq;
Qüvvədə olan standartların, texniki şərtlərin tətbiq edilməsinə nəzarət
etmək;
Ölçmə vasitələrinin quraşdırılması işlərinin layihə sənədləri əsasında
aparılmasına nəzarət etmək.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali təhsil Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi Müddəti / İş təcrübəsi Təsvir
Ali təhsil / Müvafiq sahə üzrə 2 İl / Müvafiq sahə üzrə
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.

Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
Microsoft Excel
Microsoft Outlook
Microsoft Word

Bilməlidir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş
“Qazdan istifadə Qaydaları”nı;
“Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
“Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nı;
Qaz təsərrüfatı sahələrində müasir elektron ölçü vasitələri, ölçü qovşaqları və standartların tətbiqi qaydalarını;
Texniki manometrlərin, qazanalizatorların istismarı, dövlət yoxlanmasına göndərilməsi və təhlükəsiz istifadə qaydalarını;
Elekron korrektorlu sayğaclar, işləmə prinsipi və quraşdırılması qaydalarını;
Əhali abonentlərinin mənzillərində (evlərdə) və qeyri-yaşayış sahələrində qaz sayğaclarının quraşdırılması və istismarı qaydalarını.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər