28 C
Baku
Saturday, July 27, 2024

Mühəndislər kameralara və süni zəka sisteminə sahib robotlaşdırılmış ekzoskelet yaradıblar

Kanadalı mühəndislər qeyri adi ekzoskelet yaradıblar. Yaradılmış ekzoskelet fiziki məhdudiyyətli insanlara gəzə bilmək qabiliyyətini qaytarmaq potensialına sahibdir. Bununla yanaşı ekzoskelet bunu ətraf mühiti görmək və süni zəka texnologiyası imkanları vasitəsilə fərdi şəkildə etməyə qadirdir. Tədqiqatçıların sözlərinə əsasən ekzoskelet yaradıcıları əsas diqqətlərini hərəkət prosesinin hamar olmasına yönəldirlər. Bununla belə idarəetmə sistemi ya smartfon ya da xüsusi joystick vasitəsilə reallaşdırılır. Bu həm qəlizdir həm də rahat deyil.

Belə ki, bu proseslər istifadəçinin diqqətini ayırır və gəzinti zamanı onun reaksiyasını aşağı səviyyəyə endirir. Vaterloo Universitetinin mühəndislər komandası isə ExoNet adlı layihəni yaradıblar. Bu, machine vision texnologiyasının inteqrasiya olunduğu ekzoskeletdir. Bu ekzoskeletdə idarəetmə prosesi tamamilə ağıllı alqoritmə ötürülür. Mühəndislər bildiriblər ki, süni zəkanın uzunmüddətli təlimatlandırılması sayəsində o, sağlam insanın yerimə tərzini imitasiya edə bilir.

bynOZL8P5hREz1kIvAOJmz2PhAz2KmH

Ekzoskeletdə olan süni zəka sistemi ətraf mühiti analiz edir, real zaman ərzində olan dəyişikliklərə adaptasiya olur və hərəkətin tənzimlənməsini digər analoqlardan daha sürətli edir. Bu, bir növ avtonom rejimdə hərəkət edən avtomobilə bənzəyir. Bu halda ekzoskeletin hərəkət etməsi üçün insan düşüncəsi faktoruna ehtiyac qalmır. Ekzoskelet özü avtonom rejimdə hərəkət edir. Növbəti mərhələdə ExoNet pilləkənlər vasitəsilə qalxmağı, maneələrdən yan keçməyi öyrənəcək. Bundan əlavə olaraq ətraf mühiti və istifadəçinin hərəkətini analiz edərək qərar qəbul etməyə imkan verən alqoritm də təkmilləşdiriləcək.

MənbəTechnote
Son xəbərlər
Digər xəbərlər