15 C
Baku
Friday, March 29, 2024

Mühərrikinin həcmi 3000 kub/sm-dən çox olan və köhnə minik avtomobillərinə görə aksiz dərəcələri artırılır

Mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Məcəlləyə əsasən, hazırda minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri aşağıdakı kimidir:

Vergitutma obyektinin adı Aksizin dərəcəsi
Minik avtomobilləri:
– mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0, 30 manat
– mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat
– mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat
– mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat
– mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat

 

Layihəyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə isə fərqli, daha yüksək aksiz dərəcələri tətbiq olunacaq:

Vergitutma obyektinin adı Aksizin dərəcəsi
– mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda

 

 

– mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda

 

 

– mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

 

5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 15 manat

 

20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 40 manat

 

60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 80 manat

Eyni zamanda idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək.

Son xəbərlər
Digər xəbərlər