26 C
Baku
Friday, July 5, 2024

Mühakimə etməyə tələsməyin

Təsəvvür edin ki, siz 8 uşağı olan hamilə qadına rast gəlmisiniz. Onun uşaqlarından üçü kar, ikisi kor, biri əqli cəhətdən zəifdi, qadının özü isə siflis xəstəliyi keçirdib. Siz bu qadına abort etməyi məsləhət görərdinizmi?

Bu suala cavab verməmişdən öncə bunu da oxuyun: Yeni dünya liderini seçmək lazımdı və sizin səsiniz həlledicidir. Üç namizəd haqqında sizə məlumat bildiririk:

Birinci namizəd: Siyasətçilərlə çirkli əlləri ilə görüşür, astroloqlarla məsləhətləşir, onun iki həyat yoldaşı var, o, fasiləsiz siqaret çəkir və gündə 8 qədəh martini içir.

İkinci namizəd: İki dəfə tutduğu vəzifədən azad olmuşdu, günortaya qədər yatır, kollecdə opium istifadə etmişdi, hər axşam bir litrə yaxın viski içir.

Üçüncü namizəd: hərbi mükafatlara sahibdir, vegeteriandır, siqaret çəkmir, nadir hallarda pivə içir və heç bir zaman öz həyat yoldaşına xəyanət etməyib.

Bu üç namizəddən kimi seçərdiniz?

  • Birinci namizəd: Franklin D. Ruzvelt.
  • İkinci namizəd: Uinston Çerçill.
  • Üçüncü namizəd: Adolf Hitler.

Yeri gəlmişkən, abort haqqında birinci sualımıza «hə» cavab vermisinizsə, deməli siz Betxoveni öldürmüsünüz.

Son xəbərlər
Digər xəbərlər