3 C
Baku
Monday, March 4, 2024

Müharibə fonunda buğda dünyada kəskin bahalaşır: İlin əvvəlində 33% qiymət artımı

Rusiyanın Ukraynaya hərbi hücumu nəticəsində strateji qida sayılan buğdanın qiyməti kəskin bahalaşdı.

Banker.az Amerika və Avropa birjalarındakı göstəricilərə istinadən xəbər verir ki, buğdanın rallisi ötən gün may fyuçersi üzrə 5.35% bahalaşmaqla hər buşeli (1 buşel = 35.23 litr, yaxud 27.216 kq) 984 sent olduğu halda, bu gün daha 3.3% bahalaşaraq buşeli 1 016.50 sent təşkil etdi. Bu qiymətlə artıq 2008-ci ildəki maksimum olan 1 074.25 sent/buşel səviyyəsinə çatmasına bir şey qalmadı. (1 dollar= 100 sent)

Buğdanın qiyməti 2022-ci ilin əvvəlindən 33%-ə yaxın bahalaşıb.

Gün ərzində ticarət edilən taxıl “limit” qoyulur, yəni bir gündə bir əmtəənin qiymətinin ən yüksək məbləğdə artmasına icazə verilir.

“JPMorgan”a görə, Rusiya ən böyük buğda ixracatçısı, Ukrayna isə əmtəənin dörd ən böyük ixracatçıları sırasındadır.

tvc d1fd8dc613b8e5299a9abf2b1d68ecd7

“Bank of America”nın məlumatına görə isə, dünya üzrə 207 milyon ton buğda ticarətinin 17%-i Rusiyadan, 12%-i isə Ukraynanın payına düşür.

“JPMorgan”nın əməkdaşı fevral ayında buğda və qarğıdalının bu gərginliyin inkişafı fonunda ən böyük bahalaşma potensialı olan qida əmtəə sayırdı.

Qarğıdalı fyuçersləri də ötən gün 5.07% artaraq hər buşeli 725.75 sentlə ticarəti bağladı ki, bu da may ayından bəri ən yüksək səviyyədir.

Bildirək ki, Azərbaycan da hazırda bu məhsulu şimal qonşularından idxal edir. Rusiya 2021-ci ildə Azərbaycana 1.15 tonluq buğda satıb, bunun da statistik dəyəri 331.95 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər