13 C
Baku
Tuesday, October 22, 2024

Müharibə mayın 9-da dayanmayacaq – LAVROV

“Ukraynada hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Mediaset” teleşirkətinə müsahibəsində bildirib.

“Ukraynadakı əməliyyatın sürəti ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı riskin minimuma endirilməsi zərurətindən asılıdır”, – deyə XİN rəhbəri qeyd edib.

Lavrov Rusiyanın Ukraynada rejimi dəyişmək məqsədinin olmadığını bildirib. O iddia edib ki, Moskva Ukraynanın şərqində insanların təhlükəsizliyini təmin etmək istəyir.

Xatırladaq ki, bir sıra mətbuat orqanları Ukraynadakı müharibənin mayın 9-da dayana biləcəyini proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər