13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Müharibə vaxtı 11 şəhər və rayonda dağılmış evlər üçün 15 milyon manat xərclənəcək

“Ərazi Tikinti-Planlaşdırma Mərkəzi” 6 şirkətlə müqavilə bağlayıb.

“Az-Caspian Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilədə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 3 490 300 manatdır.

Dəyəri 2 950 200 manat olan “Real-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınmasından ibarətdir.

“AZ Graft Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə olan müqavilə Gəncə şəhəri, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satın alınmasıdır. Müqavilənin dəyəri isə 3 118 700 manatdır.

“Parlaq-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı filialı ilə bağlanmış müqavilədə “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə və Naftalan şəhərləri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 2 035 100 manatdır.

Məbləği 2 113 400 manat olan “Rabitəinşaat” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanan müqavilədə “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Mingəçevir şəhəri, Ağdam və Bərdə rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması nəzərdə tutulur.

“CONCO” Qapalı Səhmdar Cəmiyyəti ilə olan müqavilə “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 1 030 800 manatdır.

 

Son xəbərlər
Oxşar xəbərlər
X