37 C
Baku
Tuesday, August 16, 2022

“Müharibə veteranı” adı verilən şəxslər özləri haqqında məlumatları hardan əldə edə bilər?

Vətən Müharibəsində iştirak edən şəxslər müharibə veteranı olub olmadıqlarını öyrənmək üçün e-sosial.az protalından istifadə etməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yannda Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdilinin sözlərinə görə, şəhid ailəsinin üzvü statusunu almış şəxslər, müharibə əlilləri və müharibə veteranları özləri barədə məlumatları əldə etmək üçün e-sosial.az protalından faydalana bilərlər. Qurum rəsmisi bildirib ki, bu kateqoriyadan olan şəxsləri əhatə edəcək Zəfər altsistemi artıq bir müddətdir istifadəyə verilib:

“Məqsəd şəhid və şəhid ailəsi statusu almış əxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, həmçinin müharibə veteranlarına dair məlumatların qurumlar arasında mübadiləsi mexanizminin təkmilləşdirilməsidir. Bunun üçün Müdafiə Nazirliyi Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışı təmin edilib. Məsələn, müvafiq qurumlar “müharibə veteranı” adı verdikləri şəxslər arədə məlumatlar Zəfər altsisteminə daxil edir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə altsistemə daxil edilmiş bu məlumatlara istinadən həmin şəxslərə heç bir müraciətə və sənəd təqdim etmələrinə ehtiyac olmadan operativ şəkildə elektron sistem üzərindən proaktiv qaydada prezidentin aylıq təqaüdünü təyin edir”.

Qeyd edək ki, Zəfər altsistemi Prezident İlham Əliyevin 27 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb.

 

Son xəbərlər
Oxşar xəbərlər