10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

“Müharibə veteranı”na veriləcək təqaüdün məbləği açıqlandı

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək.

Banker.az xəbər verir ki, Aidiyyəti qurumlar tərəfindən bu status verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara proaktiv qaydada Prezidentin aylıq təqaüdü təyin ediləcək.

Nazirlikdən bildirilib ki,  Sərəncama əsasən, aidiyyəti qurumlar razılaşdırılmış siyahı nəzərə alınmaqla “Müharibə veteranı” adı  və vəsiqəsini verəcək, həmin şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək. Nazirlik  “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş və “Zəfər” altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

 

 

Son xəbərlər
Oxşar xəbərlər