29 C
Baku
Tuesday, August 26, 2025

Müharibə başlayandan Azərbaycana gələn Ukrayna və Rusiya vətəndaşlarının sayı açıqlanıb

2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 176 436 Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, gələnlərdən 2 067 278 nəfəri Rusiya, 109 158 nəfəri Ukrayna vətəndaşıdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 314 549 nəfər, Ukrayna vətəndaşlarının sayı isə 17 138 nəfər olub.

Bundan başqa, 2022-ci ilin mart ayından 2024-cü ilin iyul ayınadək ümumilikdə 1 535 889 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib. 2024-cü ilin yanvar-iyul aylarında isə 438 066 nəfər Rusiya, 20 189 nəfər Ukrayna vətəndaşı Azərbaycana səfər edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər