Polşada Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda vətəndaşların orduda xidmətə marağı artıb.
Müdafiə naziri Mariuş Blaşşak 2022-ci ildə ölkənin Silahlı Qüvvələrinin 13 742 yeni ərizəçi qəbul etdiyini açıqlayıb.
Bildirilib ki, bu, 2008-ci ildə Polşada məcburi hərbi xidmətin ləğvindən bəri rekord göstəricidir
M. Blaşşakın sözlərinə görə, 2023-cü ilin əvvəlinə Polşa Silahlı Qüvvələrində 164 min əsgər, o cümlədən 36 mini könüllü ərazi müdafiə birləşmələrinin üzvü var.
Varşava gözləyir ki, yaxın illərdə ölkədə hərbi sahədə çalışanların sayı daha da artacaq – 250 000-ə qədər peşəkar əsgər və 50 000-ə qədər ərazi müdafiəsi könüllüsü. Polşada həmçinin 2022-ci ilin payızından istəyən hər kəs üçün bir günlük ilkin hərbi hazırlıq kursları keçirilir.