10 C
Baku
Friday, December 13, 2024

Müharibə nəticəsində Ukraynanın dəmir yolu şəbəkəsinin 23 faizi sıradan çıxıb

Rusiya işğalı nəticəsində Ukrayna dəmir yolu şəbəkəsinin təxminən 23%-ni itirib.

Bu açıqlama ilə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov çıxış edib.

“Rusiya qoşunları Ukraynanın mülki infrastrukturunu qəsdən məhv edir. Təkcə sənədləşdirilmiş itkilərin məbləği artıq 90 milyard dollardan çox olub və bu rəqəm müharibənin hər günü artır” – deyə ukraynalı nazir vurğulayıb.

Aleksandr Kubrakov əlavə edib ki, hazırda ölkəsi malların tədarük zəncirlərinin təmin edilməsi istiqamətində iş aparır:

“Ukrayna dəniz limanlarının blokadaya alınması və dəmir yolu şəbəkəsinin təxminən 23%-nin itirilməsi səbəbindən ticarət axınlarının istiqamətinin dəyişdirilməsi üzərində işləyirik”.

 

 

Son xəbərlər
Digər xəbərlər