16 C
Baku
Sunday, October 6, 2024

Müharibə planı qəzetdə dərc edilərsə….

1944-cü ildə amerikalı və britaniyalı hərbçilər Normandiyanın almanlardan azad edilməsi ilə bağlı plan yaradırlar. Bu plan yüksək gizlilik dərəcəsinə sahib olsa da, onun şifrəli sözləri gözlənilmədən çap edilir… üstəlik də qəzetdə.

Britaniyanın The Daily Telegraph qəzeti xəbərlər ilə yanaşı, öz səhifələrində krosvordlar da çap edirdi. Planın həyata keçirilməsi tarixinə, yəni ingilis və amerikalı hərbçilərin Normandiya sahillərinə enməsinə cəmi 1 ay qalmış The Daily Telergaph növbəti dəfə krosvord çap edir. Bu zaman krosvordun cavabları arasında nəinki gizli əməliyyatın şifrəli sözləri, hətta adı belə var idi.

Bu sözlər Utah», «Omaha», «Gold», «Juno» və «Sword» sözləri idi. Bu dəniz hərbçilərinin Normandiyada çatmalı olduqları yerlərin adları idi. Gizli əməliyyatın adı isə «Overlord» idi və krosvordda suallardan birinə cavab idi.

Qəzet krosvordunun cavabları sırasında əməliyyat üçün əsas gəmilərin saxlandığı süni körpünün adı – «Mulberry» və  hücuma cəlb edilmiş dəniz qüvvələrinin şifrəli izahı olan «Neptune» adı da var idi.

Krosvordu həll edən ingilis kəşfiyyatının əməkdaşları sözün əsl mənasında həyəcan keçirir. İki zabit The Daily Telergaph qəzetində dərc edilən krosvordları yaradan Leonard Dou adlı şəxsin yaşadığı Lizerhed şəhərinə yollanır.

Belə məlum olur ki, Leonard krosvord üçün sözləri təsadüfən seçmişdir və bu sözlər də təsadüfən Normandiya ilə bağlı gizli plan ilə üst-üstə düşmüşdür.

Son xəbərlər
Digər xəbərlər