10 C
Baku
Saturday, November 23, 2024

Müharibə uzandıqca avro tənəzzül edəcək

“Qərbin Rusiya iqtisadiyyatına tətbiq etdiyi sanksiyalar Avropa iqtisadiyyatına da artıq mənfi təsir göstərir. Buna görə də bütün dünyada, o cümlədən də Azərbaycanda avro ucuzlaşmaqdadır. Əslində, Azərbaycan manatı dollara bağlıdır. Avro dollara nisbətdə ucuzlaşırsa, deməli,  Azərbaycan manatına görə də ucuzlaşmaqda davam edəcək”.

Maliyyə üzrə ekspert Əkrəm Həsənov Bizim.Media-ya danışarkən belə deyib.

Ekspert qeyd edib ki, əslində avronun indi dəyər itirməsi birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Müharibə uzandıqca avro tənəzzül edəcək.

Ə.Həsənov iddia edir ki, əgər Rusiya-Ukrayna müharibəsi bu ilin sonuna kimi davam edərsə, dollar avrodan baha ola bilər:

“ABŞ daha sabit bir ölkə olduğu üçün valyutası da daha stabildir. Avropa iqtisadiyyatı isə bir neçə dövlətin qərarından asılıdır. Ona görə də dəyişikliklərə və itkilərə daha həssasdır. Fikrimcə, Ukraynadakı müharibə ilin sonuna qədər uzanarsa, avronun dəyəri dollardan aşağı düşəcək”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər